Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lənkəran futbol məktəbinin yetirməsi, "Qarabağ" klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib. 

 23 yaşlı müdafiəçi “Futbol+” qəzetinin 1999-cu ildən keçirdiyi ənənəvi sorğunun qalibi olub.

Sorğuda klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, jurnalistlər, ölkənin futbol rəhbərliyi, mütəxəssislər, agentlər da daxil olmaqla 180 nəfər iştirak edib.

Bayramov sayca 26-cı sorğuda digər futbolçuları üstələyərək ilk sıranı əldə edib. "Qarabağ"ın digər müdafiəçi Elvin Cəfərquliyev ikinci, "Nürnberq"in hücumçusu Mahir Emreli isə üçüncü olub.

Məlumat üçün bildirək ki, Toral Bayramov 23 fevral 2001-ci ildə Lənkəran rayonunun Səpnəkəran kəndində anadan olub. 

Uşaq yaşlarından futbola marağı olan Toral “Xəzər Lənkəran”ın aşağı yaş qrupunda məşqlərə qatılıb. Ona bu yolda məşqçi-müəllimlər Röyal və Xəyal Abbasov qardaşları bələdçilik ediblər.

O, 2018-2019-cu futbol mövsümündə Azərbaycan U19, 2019-2021-ci illərdə Azərbaycan U21 millilərinin şərəfini qoruyub. Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb. 

2021-ci ildən bəri Azərbaycan milli futbol komandasında çıxış edən istedalı futbolçu ölkə yığmasının tərkibində 27 oyun keçirib, 4 qol vurub. Məşhur "Transfermarkt" portalına görə oyunçunun transfer dəyəri 1 milyon avrodur.

Xatırladaq ki, T.Bayramov 2020-ci ildə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində Fransa millisinə vurduğu, eləcə də bu il  Norveçin "Budo Qlimt" komandasının qapısından keçirdiyi qolla  da gündəmə gəlmişdi. 

Akif AĞAYEV