Azərbaycanın keçmiş cüdoçusu Avropa Atletlər Komissiyasına üzv ola bilər
Azərbaycanın keçmiş milli cüdoçusu Rüstəm Orucovun namizədliyi Avropa Atletlər Komissiyası və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Atletlər Komissiyasının üzvlüyünə təqdim olunacaq.
Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev məlumat verib.
O, MOK-un Atletlər Komissiyasının sədri Orucovun hər iki strukturda təmsil oluna biləcəyini bildirdi:
“Əsas məqsədimiz idman sahəsində mövcud problemlərin həllinə dəstək və yardım göstərməkdir. Rüstəm Orucovun Avropa Atletlər Komissiyasına üzvlüyə namizədliyi ilin sonuna qədər irəli sürüləcək. Hər şey yaxşı olarsa, biz də onun namizədliyini Beynəlxalq Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü kimi təqdim edəcəyik”.