Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AFFA bu klubu çempionatdan kənarlaşdırdı

AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin “Uğur” klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.

Bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Komandaya Bərdənin “Qala” klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Uğur” liqadan kənarlaşdırılıb.