Orucluqda düzgün necə qidalanmalı?
Oruc tutan insanlar qida rasionunda maye balansını saxlamalıdırlar, çünki orqanizm susuz qaldıqda orqan disfunksiyası baş verə bilər.
Onun sözlərinə görə, enerji balansını qorumaq üçün əsas qida maddələri yüksək, kalorisi az olan qidalara üstünlük vermək lazımdır:
Proteinlə zəngin qidalar orqanizm üçün daha sağlam hesab olunur. Məsələn, səhərlər iki yumurta badam, qoz, fındıq, kəsmik və yulaf kimi bir ovuc quru meyvə ilə birlikdə insanın gün ərzində tox qalmasına kömək edir və enerji ehtiyacını tam ödəməyə kifayət edir. Təbii ki, karbohidratlı qidalar, şirin çay və şirniyyatlar tez toxluq və aclıq hissi yaradır. Ancaq bu, sağlam qidalanma hesab edilmir və ümumiyyətlə şirin çay içmək çox pis vərdiş hesab olunur.