Gənc cüdoçularımız Masters Turnirində iştirak edəcək
Martın 23-də Almaniyanın Bremen şəhərində gənc cüdoçular arasında Beynəlxalq Masters Turniri keçiriləcək. Bir gün davam edəcək turnirdə Azərbaycan cüdoçuları da tatamiyə çıxacaqlar. ACF-dan verilən məlumata görə, birgünlük turnirdə ölkəmiz böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi Elxan Məmmədov və gənclər yiqmasinin baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında 7 çəkidə 15 cüdoçu ilə təmsil olunacaq.
Bu 15-likdə Ayxan Mirzəzadə, Mirxaliq İsgəndərov ( hər ikisi 60 ka), Nicat Süleymanlı, Sadiq İsgəndərli, Rüfət Aydınov (üçü də 66 kq), Fəqan Məmmədli, Nihad Yahyayev (73 kq), Nahid Tarquliyev, Roman Qarayev, Süleyman Əliyev, Mehdi Abbasov (hamısı 81 kq), Fərid Niyazov (90 kq), Vidadi Əliyev, Hüseyn Eyvazlı ( hamısı 100 kq) və Rauf Yadigarli yer alıb.
İNTİQAM Məmmədov