Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə Novruzu rəsmi olaraq bayram kimi tanımağı planlaşdırır

Türkiyə Novruzu rəsmi olaraq bayram kimi tanımağı planlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O qeyd edib ki, Novruz Türkiyədə xüsusi şövqlə qeyd olunur: “Biz istəyirik ki, Novruz bayramı rəsmi şəkildə bayram kimi qeyd olunsun”.

Türkiyə dövlətinin başçısı da Novruz bayramını qeyd edən ölkələri bir daha təbrik edib.