Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi Belarusla üzləşəcək

Avropada bir sıra yiqma komandalarının UEFA Millətlər Liqasının pley-offunda mübarizəni davam etdirdiyi bir zamanda portuqaliyalı qoca "mütəxəssis" Fernando Santuşun baş məşqçisi olduğu Azərbaycan millisi isə özünü yoxlama yoldaşlıq görüşlərində sınayır. Xatırladaq ki, martın 21-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda Haiti komandasına qarşı oynayan və növbəti böyük hesablı (0:3) məqlubiyyəti ilə azarkeşlərini məyus edən Azərbaycan millisi bu gün növbəti yoxlama yoldaşlıq matçına çıxacaq. Qeyd edək ki, son bir ildə məhz Santuşun rəhbərliyi altında meydana çıxdığı oyunlarda bir dəfə də olsun qalib gələ bilməyan Azərbaycan millisi bu gün isə MDB məkanından olan Belarus komandası ilə qarşılaşacaq. Görüş saat 21:45-də Masazırdakı "Bank Respublika Arena" stadionunda başlanacaq. Matçın baş hakimi gürcüstanlı Aleko Antsiayri olacaq. 

Maraqlıdır, görəsən Fernando Santuşun qaçmış qoca aqlinin iradəsi ilə meydana çıxacaq Azərbaycan millisi bu gün meydanı hansı hesabla tərk edəcək?

İNTİQAM Məmmədov