Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan futzalçıları AVRO-2025-in əsas mərhələsində mübarizəyə başlayıblar

Futzal üzrə Azərbaycan milli komandası (U-19) bu gün 2025-ci il Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.

İlqar Aslanovun komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Oyun Xorvatiyanın Omis şəhərindəki "Ribnjak" İdman Kompleksində Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qarşılaşmanı Rastislav Behançin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya) və Kastriot Qerjaliudan (İsveç) ibarət hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi növbəti oyununu martın 27-də Xorvatiya komandasına qarşı keçirəcək.