"Qarabağ"ın yarımmüdafiəçisi karyerasını Norveçdə davam etdirəcək
Ağdam “Qarabağ”ının və futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə karyerasını Avropada davam etdirəcək.
20 yaşlı yarımmüdafiəçi Norveçin "Molde" klubuna keçəcək.
Məlumata görə, o, transfer danışıqlarını başa çatdırmaq üçün artıq Norveçə gedib. Müqavilənin təfərrüatları hələlik açıqlanmasa da, "Molde"nin azərbaycanlı futbolçu üçün təxminən 400 min avro (təxminən 745 min manat) ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Axundzadə cari mövsümdə Ağdam klubunun heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun "Qarabağ"la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.