Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron" liderliyini daha da möhkəmləndirib

Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 17-ci turun oyunları keçirilib. Turda keçirilməsi nəzərdə tutulan hər üç oyun baş tutub. Turun diqqətçəkən oyunlarından biri UNEC-in İdman zalında keçirilib. Belə ki,  çempionata vahid liderlik  edən  "Abşeron" klubu hələ də aktivinə xal yazdıra bilməyən və bu səbəbdən də yarış cədvəlinin autsayderi olan UNEC-in qonağı olub. Özünü heç də qonaq kimi aparmayan "Abşeron" ev sahibini quru hesabla (0:3) məğlub edərək liderlik mövqeyini daha da möhkəmləndirib. 

Turun daha iki oyunu isə Bakı Voleybol Mərkəzində baş tutub. Əvvəlcə "Murov Az Terminal"la "Azərreyl", ardından isə "Milli Aviasiya Akademiyası" klubu ilə "Gəncə" qarşılaşıb. Bu oyunlarda "Azərreyl" 3:1, "Gəncə" isə 3:2 hesabla udub.

Turnir cədvəlində vəziyyət belədir:

Abşeron - 43 xal, MAA - 39, Azərreyl - 29, Gəncə - 24, Murov - 18, UNEC - 0.

Martın 28-də isə kişilərin analoji yarısında 17-ci turun oyunları keçiriləcək. 

İNTİQAM Məmmədov