Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Basketbolçular ölkə kubokunun yarımfinalına çıxacaqlar

Bu gün kişi basketbol klubları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Saat 16:00-da münasibətləri ayırd etmək üçün meydana NTD ilə"Neftçi" çıxacaq. Saat 19:00-da isə "Naxçıvan"la AK-2023-ün qalibi olmuş "Gəncə" qarşılaşacaq.

Martın 30-da isə turnirə son həlledici final oyunu ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov