Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Aİ-nin Ermənistandakı missiyası Qubadlı və Laçınla sərhəd rayonlarında müşahidələr aparır

Aİ-nin Ermənistandakı missiyası Qubadlı və Laçınla həmsərhəd ərazilərdə növbəti dəfə müşahidələr aparıb.

Martın 28-də Aİ müşahidəçiləri yenidən Qubadlı və Laçın rayonları ilə sərhəd zonasına gəlib və durbinlə müşahidələr aparıblar.

Azərbaycan sərhədçiləri müşahidəçilər missiyasının hərəkətlərini lentə alıblar.

Xatırladırıq ki, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəddə müşahidələr aparır.

KİV-də məlumatlar, eləcə də müvafiq kadrlar yayılır.

Qeyd edək ki, Aİ-nin Ermənistanda Azərbaycanla sərhəddə yerləşən 200 nəfərlik Monitorinq Missiyasının mandatı 2027-ci il fevralın 19-dək uzadılıb.