Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın beş güləşçisi medallar uğrunda mübarizəyə çıxıb
Bu gün Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında Azərbaycanın beş sərbəst güləşçisi iştirak edəcək.
Güləşçilər İslam Bazərqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Qeybətov (70 kq), Orxan Abasov (79 kq) və Əbubəkr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.
Avropa çempionatı aprelin 13-dək davam edəcək.Yarış hər gün keçiriləcək və Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.