Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdo millimiz 8 medalla Xorvatiyada Avropa Kubokunun qalibi olub 

5-6 aprel günlərində Xorvatiyanın Dubrovnik şəhərində kişi və qadın cüdoçular arasında Avropa Kuboku keçirilib. İki gün davam edən bu turnirdə Azərbaycan da daxil olmaqla 41 ölkəni təmsil edən 489 tatami ustası medallar uğrunda mübarizə aparıb. Azərbaycan bəlli turnirə 10 çəki dərəcəsində 21 (13 kişi və 8 qadın) cüdoçu ilə qatılıb. Turniri 3-u qızıl, 2-si gümüş və 3-u bürünc əyarlı olmaqla 8 medalla başa vuran Azərbaycan komandası turnirin qalibi adını qazanıb.

Medallara gəlincə, qızıl medal kişilərdən Murad Fətiyevin (90 kq), qadınlardan isə Aydan Vəliyeva (52 kq) ilə Fidan Əlizadənin (57 kq) aktivinə yazılıb. Maraqlıdır ki, Murad həlledici finalda Tokio Olimpiadasının finalçısı Eduard Trippeli (Almaniya), Aydan isə öz komanda yoldaşı Gultac Məmmədəliyevani üstələyib. Bununla da Gültac turnirdə ikinci olmaqla gümüş medal.qazanib. Yiqmamizin aktivinə yazılan ikinci gümüş medal isə yalnız həlledici finalda büdrəyən Kərim Allahverdiyevin (81 kq) payına düşüb.

Çıxışını üçüncü yerdə bitirən Vüqar Talıbov (90 kq), Kamran Süleymanov (73 kq) və Nərmin Əmirli (78 kq) isə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov