Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan taekvondoçularının qələbəsi: 2024-cü ildə beynəlxalq arenada 104 medal

2024-cü ildə yerli taekvondoçuların beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız 27 qızıl, 25 gümüş və 52 bürünc olmaqla ümumilikdə 104 medal qazanıblar.

2023-cü ildə keçirilən nüfuzlu Para Taekvondo yarışlarında ümumilikdə 11 mükafat qazanılıb: 4 qızıl, 3 gümüş və 4 bürünc.

Bu ilin əsas uğurlarından biri Qaşım Maqomedovun 2024-cü il Paris Yay Olimpiya Oyunlarında gümüş medalı (58 kq) olub.

Para-taekvondo təmsilçiləri İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) Paralimpiya Oyunlarında bu idman növü üzrə ölkəyə ilk medallarını gətiriblər.

Avropa və dünya çempionu İ.Xəlilov 2024-cü il Oyunlarında para-taekvondo üzrə ilk qızıl medalı qazanaraq tarixi uğura imza atıb. S.Zeynalov (58 kq) Paris 2024 podiumunda üçüncü yeri tutub.