Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanda elektron siqaretlər qadağan edilə bilərmi?

Azərbaycanda elektron siqaretlər qadağan edilə bilərmi?

Elektron siqaretlərin zərərləri barədə dəfələrlə danışılıb və onların həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi ziyan vurduğu az qala hər kəsə məlumdur.

Bütün dünyada tibb müəssisələri və həkimlər mütəmadi olaraq insanlara onlardan istifadənin təhlükələri barədə məlumat verir, həmçinin müvafiq maarifləndirmə işləri aparırlar.

Lakin bu tədbirlər arzuolunan effekti vermir. Bu səbəbdən bəzi ölkələr daha radikal addımlar atmaq qərarına gəliblər. Məsələn, 2025-ci il yanvarın 1-dən Belçika elektron siqaretlərin satışını qadağan edən dövlətlərin sırasına qoşulacaq.

Azərbaycanda onlara heç bir qadağa yoxdur və il ərzində ölkəyə 3 milyona yaxın birdəfəlik elektron siqaret gətirilir.