U-15 yığmalarımız Gimnaziyadada iştirak edirlər
Serbiyanın Zlatibor şəhərində 15 yaşlı yeniyetmələr arasında keçirilən Gimnaziyada İdman Oyunları (İSF) davam edir. Dünən Oyunlarda 3x3 basketolu üzrə yarışlara start verilib. Azərbaycanin qızlardan ibarət U-15 millisi qrup mərhələsində əvvəlcə Serbiya -2 komandasını məğlub edib (18:0), ardından Rumıniyaya (10:20) uduzub.
Zaur Paşayevin rəhbərlik etdiyi oğlanlardan ibarət U-15-imiz isə start matçında güclü Meksika komandasını üstələyib - 11:8.
Bu gün qrup oyunları davam edəcək. Qızlarımız Hindistan-1 və Estoniya ilə, oqlanlarimiz isə Cili-1, Benin və Serbiya-2 komandası ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
.jpg)