Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İSF-də sərbəst güləşçilərimiz 10, klassiklərimizsə 9 medal qazanıblar

Serbiyanın Zlatibor şəhərində 15 yaşlı yeniyetmələr arasında keçirilən Gimnaziyada İdman Oyunları (İSF) davam edir. Qeyd edək ki, Oyunlarda artıq sərbəst və yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. AGF-dən verilən məlumata görə, məşqçilər Əbülfət Məmmədovla İlham Vəzirovun rəhbərlik etdiyi sərbəst güləş üzrə U-15 millimiz Oyunları ikisi qızıl, üçü gümüş və beşi bürünc əyarlı olmaqla, 10 medalla başa vurub. Heyətdə qızıl medalı Elman İsmayılov (38 kq) və İbrahim Həsənov (44 kq) qazanaraq, Gimnaziyadanin qalibi olub.

Məşqçilər Namiq Quliyev ilə Elşad Allahverdiyevin başçılıq etdiyi yunan-Roma üzrə U-15 millimiz isə yarısı 9 (3-2-4) medalla başa vurub. Burada isə qızıl medalları və  çempionluq adını Hüseyn Əmrahli (38 kq), İsfahan Həsənov (75 kq) və Zöhrab Səfərov (85 kq) qazanıb.

Bu gün meydan zərif cinsdən olan güləşçilərin ixtiyarına veriləcək və bununla da Oyunların proqramına daxil olan idman güləşi üzrə yarışlara yekun vurulacaq.

İNTİQAM Məmmədov