Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Esmira Günəş şəhid analarına gözəl bir gün yaşatdı

Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəş Cəlilabad Şəhid analarını Sumqayıta dəvət edib. Sumqayıt Şəhid anaları ilə birlikdə qonaqların gəlişinə xüsusi hazırlıq işləri görülüb. Aprelin 8 i tarixində Cəlilabaddan gələn 8 şəhid anasını Esmira Günəş Sumqayıt Şəhid anaları ilə birlikdə Şəhidlər Xiyabanının girişində gül dəstələri ilə qarşılayıb. Qonaqlar ilk öncə Şəhidlərin hər birinin məzarını ziyarət edib, daha sonra Sumqayıt Bayraq muzeyində və Sumqayıtın Tarixi Muzeyində qonaq olublar. Şəhid anaları şəhid Səmid Əliyevin evində təşkil olunmuş ehsan süfrəsində Şəhidləri ilə bağlı gözəl xatirələrdən danışıblar. Daha sonra şairə Esmira Günəş və şəhid Fəxrəddin Fərəcovun bacısı Rübabə xanım Cəlilabaddan gələn şəhid analarına hədiyyələrini təqdim edib. Esmira Günəş nitqində bildirib ki, verilən hədiyyələr Sumqayıt şəhid anaları tərəfindən təşkil olunub. Cəlilabadan gələn şəhid anaları da gətirdikləri hədiyyəni Səmid Əliyevin ev muzeyi üçün anasına təqdim edib. Günün sonunda şəhid anaları maraqlı bir gün keçirdiklərinə görə bu gözəl təşkilatçılıq üçün şairə Esmira Günəşə təşəkkür ediblər.