Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərimiz AÇ-ya üç bürünclə başlayıblar 

Aprelin 7-də Slovakiyanın paytaxtı Bratislavada kişi və qadınlar arasında startı verilən idman güləşi üzrə Avropa çempionatı davam edir. Qeyd edək ki, sərbəst güləşçilərin çıxışı ilə başlayan çempionatın ikinci günündə Azərbaycan millisi aktivinə üç bürünc medal yazdırıb.

Bu medalları güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) qazanıb. Onlar bürünc medal uğrunda görüşdə müvafiq ardıcıllıqla bolqar İvaylo Tisovu (12:2), ukraynalı Andrey Sviridani (4:0) və macarıstanlı İsmail Musukayevi (5:2) məğlub edib. Təəssüflər olsun ki, çempionatın ilk günündə döşək üzərinə çıxan təmsilçilərimizdən Orxan Abbasov (70 kq) isə bürünc uğrunda qatıldığı təsəlliverici görüşdə məğlub olub.

AÇ-nin ikinci günü ( aprelin 8-de) isə daha beş sərbəst güləşçimiz döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıb. Bu beşlikdən ikisi - Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) daha yaxşı çıxış edərək finala yüksəlib və ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Aprelin 9-da Nurmaqomedov finalda Yunanıstan təmsilçisi Dauren Kuruqluyevlə, Meşvildişvili isə Gürcüstan güləşçisi Solomon Manaşvili ilə qarşılaşacaq. Çempionatın ikinci günündə döşək üzərinə çıxan daha bir təmsilçimiz - Aqanəzər Novruzov (74 kq) isə aprelin 9-da üçüncü yer uğrunda görüşə çıxacaq. Əgər bu təmsilçimiz də medal qazanarsa, onda sərbəst güləş üzrə yığma komandamız Avropa çempionatını 6 medalla başa vuracaq. 

Aprelin 9-da qadın güləşçilər meydana atılacaqlar.

İNTİQAM Məmmədov