Kikboksçumuz Bəhram Rəcəbzadə növbəti qələbəsini qazanıb
Rotterdamda kikboksçular arasında "Glory 99" turniri keçirilib. Turnirdə Azərbaycanın tanınmış idmançısı Bəhram Rəcəbzadə də iştirak edib. O, ev sahibi olan Brayan Douesi ilə döyüşüb. İdmançımız elə birinci raundda rəqibini üç dəfə nakdaunda salmaqla döyüşü erkən öz xeyrinə bitirib.
Yeri gəlmişkən, Rəcəbzadə iyun ayında isə "Glory 100" turnirində iştirak edəcək.
İNTİQAM Məmmədov