Lider flaqmanı məğlub edib
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 19-cu turun oyunları keçirilib. Turun mərkəzi oyunu Bakı Voleybol Mərkəzində yarış cədvəlinə liderlik edən "Abşeron"la Azərbaycan boleybolunun flaqmanı olan "Azərreyl" arasında baş tutub. Görüş liderin quru hesablı qələbəsi ilə bitib - 3:0. Bununla da "Abşeron" liderlik mövqeyini bir qədər də möhkəmləndirib.
Bunun ardından həmin məkanda "Murov Az Terminal"la "Milli Aviasiya Akademiyası" görüşüb. Oyun birincinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun və günün daha bir oyununda isə UNEC-lə "Gəncə" üzləşib. Görüş qonaq komandanın qələbəsi ilə bitib - 0:3.
Turnir cədvəlində vəziyyət belədir:
Abşeron - 49 xal, MAA - 40, Azərreyl - 32, Gəncə - 27, Murov Az Terminal - 23, UNEC- 0 xal.
İNTİQAM Məmmədov