Gecə klubunun damı uçdu: 218 nəfər öldü
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda çərşənbə axşamı Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb.
Dominikan Respublikasının Prezidenti Luis Abinader həlak olanların xatirəsinə aprelin 8-dən üç günlük milli matəm elan edib.
Gecə klubunda çökmə çərşənbə axşamı səhər tezdən canlı ifa zamanı baş verib. Yerli media, damın qəfil elektrik kəsilməsindən sonra uçduğunu bildirib.
Xilasetmə əməliyyatları davam edir. Dağılmanın səbəbləri araşdırılır.