Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Gəncə" ABL-in pley-in mərhələsinə qələbəylə başlayıb

Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-in müntəzəm çempionatında pley-in mərhələsinə start verilib. İlk olaraq "Gəncə" ilə "Lənkəran" klubu meydana çıxıb. Gəncə Olimpiya İdman Kompleksində baş tutan oyunda ev sahibi qalib gəlib - 96:92 (22:22, 25:27, 16:26, 33:22).

Matçın ən yaxşı oyunçusu adına 34 xal və 13 podborla Cordan Forbs ("Gəncə") layiq görülüb. 

Bu gün keçirilməsi nəzərdə tutulan "Abşeron"-NTD oyunu başqa vaxta keçirilib. 

Sabah isə daha iki oyun keçiriləcək. 

"Sumqayıt" - "Sərhədçi" və "Ordu" - "Quba" .

Cütlər arasında cavab oyunları 13-14 aprel günlərində keçiriləcək.

İNTİQAM Məmmədov