Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Jalə Əliyeva yarımfinalda, Alyona Kolesniksə bürünc uğrunda uduzub 

Slovakiyanin paytaxtı Bratislavada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın 10 aprel gününə təsadüf edən dördüncü günü Azərbaycanin qadın komandası üçün uğursuz olub. 

Qeyd edək ki, bu gün mübarizəyə qatılan güləşçilərimizdən Jalə Əliyeva (57 kq) yarımfinalda, Ruzanna Məmmədova (62 kq) isə elə startdaca uduzub. Jalə aprelin 11-də bürünc medal uğrunda görüşə çıxacaq.

Dünən döşək üzərinə çıxan Alyona Kolesnik (59 kq) isə bu gün bürünc medal uğrunda keçirdiyi kiçik finalda büdrəyib və çıxışını medalın bir addımlığında dayandırıb.

İNTİQAM Məmmədov