Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Futzal millimiz İsveçin qonağıdır

Bu gün futzal üzrə UEFA Avropa -2026-nin əsas (elit) seçmə qrup mərhələsində növbəti turun oyunları keçiriləcək. Baş məşqçisi Vitali Borisov olan Azərbaycan millisi səfərdə İsveçin qonaqi olacaq. Görüş saat 21:00-da Helsinborqda başlanacaq. 

Xatırladaq ki, millimiz qrup çərçivəsində İsveçə qarşı Bakıda keçirdiyi ilk oyunda meydanı sülh şəraitində tərk edib -3:3.

Digər oyunlara gəlincə, Yunanıstanla evdə sülh bağlayıb (2:2), səfərdə minimal hesabla uduzub - 2:3. Xorvatiya ilə səfər matçında isə darmadağın hesabla məğlub olub - 2:9.  Millimiz qrupda son matçını aprelin 15-də Bakıda Xorvatiyaya qarşı keçirəcək.

Komandaların hazırkı turnir cədvəlində vəziyyət belədir:

Xorvatiya - 12 xal, Yunanıstan - 7, Azərbaycan - 2, İsveç - 1.

İNTİQAM Məmmədov