ABL-da üç oyun keçiriləcək
Kişi basketol klublarının mubarizə apardığı ABL-in (Azərbaycan Basketbol Liqası) müntəzəm çempionatında pley-in mərhələnin ilk oyunları çərçivəsində üç görüş keçiriləcək. Dünən təxirə salınan "Abşeron ' - NTD oyunu Xırdalandakı Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq. Ardından həmin məkanda "Ordu"-"Quba" görüşü keçiriləcək. Günün daha bir matçında isə "Sumqayıt " evdə "Sərhədçi "-ni qəbul edəcək.
Yeri gəlmişkən, dünən baş tutan oyunda "Gəncə" evdə"Lənkəran" klubunu üstələyib - 96:92.
Cavab oyunları 13-14 aprel günlərində baş tutacaq. Cütlərin qalibləri turnirin pley-off mərhələsinə yüksələcək.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)