Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan pumseciləri İSF-də 3 qızıl qazanıblar 

Serbiyanın Zlatibor şəhərində 15 yaşlı yeniyetmələr (məktəblilər) arasında keçirilən Gimnaziyadada İdman Oyunları (OSF) Azərbaycanın pumse komandası üçün uğurlu olub. Belə ki, təmsilçilərimiz üçlük oğlan və eləcə də üçlük qızlar və qızların fərdi yarışında qızıl medal qazanıb. 

Üçlük oqlan proqramında Həmidqədir Məmmədzadə, Anıl Abdulov və Orxan Ağazadə triosu, üçlük qızlar proqramında Fidan Qəhrəmanova, Ayan Məmmədzadə və Gülər Kərimova triosu, qızların fərdi proqramında isə Nigar Şəkərəliyeva fərqlənib.

İNTİQAM Məmmədov