Azərbaycan çempionu Banqkokda Kikboksinq üzrə Dünya Kubokunun qalibi olub
Azərbaycan təmsilçisi, kikboksinq üzrə dünya və Avropa çempionu Amin Quliyev növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançı bu dəfə Tailandın paytaxtı Banqkokda keçirilən Dünya Kubokunda inamlı qələbə qazanıb.
Amin Quliyev K-1 qaydaları üzrə 67 kq çəki dərəcəsində mübarizə aparıb. Azərbaycanlı kikboksçu kuboka gedən yolda bütün rəqiblərini məğlub edərək, parlaq texnika və qələbə əzmi nümayiş etdirib.
Qeyd edək ki, idmançı III Ümumdünya Döyüş Növləri Oyunlarında Dünya və Avropa çempionu titulları ilə yanaşı, həm də qızıl medal qazanıb.