Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Ağdamın “Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri 30-cu turda səfərdə “Səbail”ə 1:4 hesabı ilə qalib gəlib.

Qaliblərin qollarını Abdulla Zubir (17) və Leandro Andrade (19, 52, 64), ev sahiblərinin yeganə qolu David Qomis (72) vurub.

Turnir cədvəlinə 73 xalla “Qarabağ” başçılıq edir, “Səbail” 20 xalla sonuncu, 10-cu yerdədir.

Qeyd edək ki, turun nəticələri aprelin 13-də açıqlanacaq.