Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-15 boks millilərimiz İSF-də 21 medal qazanıblar

Serbiyanın Zlatibor şəhərində 15 yaşlı yeniyetmələr (oqlan və qızlar) arasında keçirilən Gimnaziyada İdman Oyunlarında boks yarışlarına yekun vurulub. Oyunlar demək olar ki, Azərbaycan boksçuları üçün çox uğurlu olub. Belə ki, Oyunlara 22 (14 oqlan və 8 qız) boksçu ilə qatılan Azərbaycan yığması üst-üstə 21 (9-8-4) medal qazanıb. Bu medallardan 13-ü (5-4-4) oğlanların, 8-i (4-4-0) isə qızların payına düşüb.

Yeri gəlmişkən, hazırda Bakı Boks Mərkəzində kişi və qadın boksçular arasında ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnir keçirilir.

İNTİQAM Məmmədov