Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Moskvadakı paradda 20 dövlət və hökumət başçısı iştirak edəcək - ADLAR

Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında 20-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"9 may tarixinin qürur və sevincini bizimlə bölüşməyə hazır olan hər kəsi Moskvada görməyə şad olarıq", - Peskov deyib.

Alman faşizmi üzərində qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçiriləcək paradda MDB ölkələrinin ən yüksək səviyyədə təmsil olunacağı daha əvvəl də vurğulanmışdı. Mayın 9-dakı paradda Tacikistan prezidenti Emoməli Rahmon, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir.