Azərbaycan boksçuları Bakı turnirində 18 medal qazanıblar
Aprelin 11-də Bakı Boks Mərkəzində kişi və qadınlar arasında startı verilən boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirə bu gün həlledici final döyüşləri ilə yekun vurulub. Beş gün davam edən turnirdə ev sahibi Azərbaycan da daxil olmaqla 9 ölkədən (Azərbaycan, Özbəkistan, Qazaxıstan, Gurvudtan, Qırğızıstan, Tacikistan, Kamboca, Montoneqro və Rusiya) 200 rinq ustası medallar uğrunda mübarizə aparıb. Turnirə ev sahibi kimi 47 kişi və 11 qadın boksçu ilə qatılan Azərbaycan yığması üst-üstə 18 (8-3-7) medal qazanıb. Bu medallardan 12-si (6-2-4) kişilərin, 6-si (2-1-3) isə qadınların payına düşüb.
Kişilərin yarışında Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəlı Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Yalnız həlledici finalda büdrəyən Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Şamil Əsgərov, Taqi Nəsibov, Ruslan Rustamov və Məmməd Quliyev isə bürünc medalla kifayətlənib.
Qadınlardan isə bütün döyüşlərini qələbə ilə başa vuran Zeynəb Rəhimova (52 kq) və Aynur Rzayeva (+81 kq) qızıl, yalnız son finalda məğlub olan Marjona Savrıyeva (50 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)