Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağır atletimiz Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanlı ağır atlet İsa Rüstəmov Kişinyovda (Moldova) keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

İdmançı birdən qaldırmada 138 kq nəticə göstərərək üçüncü olub.

Rüstəmov daha sonra təkanla qaldırmada ən yaxşı nəticəni 170 kq-ı qaldırıb.

Ümumilikdə 308 kq-ı qaldıran idmançı yekun reytinqdə ikinci yeri tutaraq iki hərəkətin cəminə görə Avropa çempionatının gümüş medalını qazanıb.