Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Rüstəm İsmayılov: 

“Yeni adlar” layihəsinin konserti keçirilib

27 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Yeni adlar" layihəsi çərçivəsində gənc istedadların konserti keçirilib. Musiqili gecədə beynəlxalq müsabiqələr laureatı, dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrı çıxış edib. Solistlər — respublika və beynəlxalq müsabiqələr laureatları, Salzburg şəhəri (Avstriya) Mozarteum Universitetin tələbəsi Nərgiz Əliyeva (piano) və R. Hacıyev adına Bakı şəhəri 15 nömrəli 11-illik musiqi məktəbinin məzunu Əbdüləli Hüseynli (piano). Tamaşaçılar R. Şumanın piano və orkestr üçün konsertini (a-moll, op.54) və F. Listin "Ölülər rəqsi" op.40 əsərlərini böyük maraqla dinlədilər. 
Qeyd edək ki, 2022-ci ildən bəri "Yeni adlar" layihəsi gənc istedadlı musiqiçiləri geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. 
Konsertdə Azərbaycan Respublikası Prezidentin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri F. Ş. Əliyeva, Azərbaycan Respublikasının Xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Y. Ə. Axundova, görkəmli mədəniyyət və təhsil xadimləri iştirak ediblər.