Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əkbər Qoşalı: 

“Dünyanı sənət xilas edəcək” şüarı sadəcə poetik deyim deyil, mədəni çağırışdır

Mənə doğma olan Atatürk Mərkəzində, yeni - uluslararası kataloqun tanıtım törənində iştirak etməkdən məmnunluq duydum.

Tanıdılan kataloq təkcə sənət albomu deyil, həm də zamanın yaddaşına çevrilən bir sənəd, zərif yaradıcı zəkanın, duyğunun, zərif gücün bəşəri baxışının boyalara və formaya çevrilmiş təcəssümüdür.

Zərif hünərin fərdi təxəyyül energetikası, bəşəri duyumu toplumlara estetik zövq qazandırmaqla yanaşı, insanlığa barış, mərhəmət və empatiya ismarıcı da verir. Bu anlamda, kataloqun üzərində yazılmış “Art Will Save the World” – “Dünyanı sənət xilas edəcək” şüarı sadəcə poetik deyim deyil, mədəni bir manifest, bir çağırışdır.

Mədəni müxtəlifliyin təcəssüm etdiyi, #yaradıcı qadınların təmsil olunduğu bu nəşr, sivil dialoq, həmrəylik və barışın vizual dilidir. Bu səbəbdən də belə təşəbbüsləri dəstəkləmək, onları ictimaiyyətə tanıtmaq gözəl missiyadır.

Bu əlamətdar hadisəyə imza atan bütün sənətçiləri, incəsənət xadimlərini, təşkilatçıları, UASB

Azərbaycan təmsilçiliyini, özəlliklə, rəssam dostlarımız Nəvai Metini, Naqia xanım Rzanı qutlayır, gələcəkdə də belə dəyərli təşəbbüslərin davamlı olmasını umuram.

Uğurlar!

* * *

Banu Davun

Böyle muhteşem bir eseri sanat dünyasına kazandıran Nevai Metin hocama, ekibine ve tüm iştiraklerini kutluyorum

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.