Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Niyaz Niftiyev: 

Teleməkanlar yiyəsiz qalıb

Speys TV-də yayımlanan “Tarixin bir günü” verilişində Nüşabə Musayeva adlı oxuyan xəyanət etdiyini açıq şəkildə və təbəssümlə ifadə edib. Özü bilər, amma bunu TV-dən bəyan etməsi ölkə tele-məkanının yiyəsizliyindən xəbər verir.

* * *

Вагиф Караев

Belə şeylərə icazə var....amma "atasız qız" məsələsi qadağandır)))

Nezirmemmed Zohrabli

Bu Toliklərə meydan veriləndə belə olacaq da! Keçmişdə deyərdilər beləsinə iki qoyun tapşırsan birini itirib gələr. İndi belələrinə xalqın mənəviyyatl, heysiyyatı ilə oynamaq fürsəti yaradırlar...

Eldar Orucov

Belə səviyyəsiz verilişlər konkret bağlanmalıdır!

Gunel Musa 

efirdə hər qatıqlayanın sözlərini niyə birbaşa verirlər efirə. Senzurasızlığın acı nəticəsi

Anar Asadov

Artıq qəsdən bu şərəfsizləri tv lər xalqı lap pozmaga görə reklam edirlər

Musa Memmedoglu

Bu lap özünü qoyub dağ başına.soran yoxduki sən nəsən,nəcisən

Xalid Kazimli

Yiyəsizlikdəndir. Bunların kişi qohumları adam arasına necə çıxılar?

Mirza Rashad Orbey

Ölkədə təkcə TV idarəetməsimi yiyəsizdir?

Nəriman Bağırov

Fahişələr at oynadır ölkədə guya türk, müsəlman ölkəsiyik. zırt. sadəcə sindırılmış mənəvi çökdürülmüş kütləyik

Rasim Məmmədov

BİABIRÇILIQDIR!!!!!!!

Pozğunluğun təbliğatıdır.....

Alimardan Sultanov

Pozğunçuluğun, əxlaqsızlığın təbliğatı bəlkə də heç bir ölkədə bizdəki kimi sürətlə gedmir.

Hicran Abdullayeva

Dünənə qədər kişi geyimləri mağazasında satıcı işləyib bugün gündəmdən düşmür. Çox səviyyəsiz qadındır heç sevmirəm bu qadını. Hamısı da vor zakon kimi danışır

Elshad Pashasoy

Bu sahədə “daha cəsarətli” yarışı gedir sanki(( Deyəsən, efirə cavabdehlər deyib belə bir şey olmayıb

Asəf Quluzadə

Qardas ne qeder bir terefde bizler danisaqda,diger terefdede bir basqalari cixir ve elelerine maraq gosterirler,beraet qazandirirlar yeni bilmirem kim narazidir,amma razilar olmazsa verilislere baxmazdilar,ve avtomatik olaraq ele verilisin celilisini dayandirardilar.elemirlerse demeli hardasa,kimlerinse bele sohbetlere,bele aparicilara telebati var.yeni deqradasiyaya hevesle giriş edirik.

Birde bir mesele var,laqeydlik meselesi.cox onemli meseledir.indi cox yayilib,biri bir soz deyen kimi hami baslayir a kisi sene lazimdi bu,neyine gerek,ozu biler,sen oz isini gor filan.amma anlamiriqki cemiyyet icinde,ictimaiyyet arasinda bas veren ne varsa ne sahibini yox,butun gorenleri,esidenleri ehate edir,birbasa dexli var.cunki laqeyd munasibet,bir gun yanlisin,cemiyyet terefinden qebul olunmayanin gelib evinede gire biler,ailesinede tesir ede biler.laqeydlik cox guclu bir silahdir.meneviyyati insanligi oldurmek ucun mukemmel dusunulub ve insanlara bas agrisi kimi beyinlere yeridilib.

Чингиз Султансой

Nüşabə Musayeva adlı oxuyançı açıq şəkildə və təbəssümlə kimə xəyanət etdiyini deyib? Ərinə yoxsa vətənə? Bu səbəbə görə kefi pozulanlara sözüm. Telekanalizasialara az baxın, gözünüz də, beyniniz də salamat olar. Hakimiyyət radio və telekanalizasiaları cəmiyyət və xalqın mənəviyyatını pozmaq üçün istifadə edir. Belə şeyləri hələ bilmirsinizsə, hərdən divarıma nəzər salın, hər halda dostluğumdasınız. Dünyanın aqil adamları bunu 50-60 il əvvəl deyib, mən isə bizim telekanalizasialara 20-25 il olar baxmıram... P.S. Tofiq Yaqublu kimi nəhəng adam və şəxsiyyət həbsxanada acından ölür. Bəy dəfələrlə şərlənib həbs edilməsinə belə etiraz formasınə əlacsızlıqdan seçib. Buna kədərlənmək lazımdır, hansısa oxuyançının efirdə səmimi etiraflarına yox...

Faiq Balabeyli

Xəyanət edib, deyəndə, dostunun sirrini faş etməyib ki, daymalı yerini dayıb, TV hər dayannarnan dolub( guya rusca dedim də))) )

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.