YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Ağacəfər Həsənli:
Mübariz Mənsimovdan əl çəkin!
Azərbaycanda bəzi rüşvətxor, korrupsioner, xalqının qanını illərlə zəli kimi soran yüksək vəzifəli pulgir məmurların qısqanclığı, yaltaqlığı hərdən o həddə çatır ki, öz gözlərində tiri görmür, başqalarının gözlərində qıl axtarırlar. Mat-məəttəl qalır, söz tapmırsan. O tipli hökümətdə təmsil olunan nazirlərin, nazir müavinlərin, komitə, şirkət rəhbərlərinin bir-biriləri ilə daxili davaları, didişmələri bir yana, ehtiyac oldu-olmadı, dərhal mövzu tapırlar, lüzumsuz sürətdə Türkiyədə yaşayan iş adamı Mübariz Qurban oğlu Mənsimovun adını hallandırır, onu düşmən çıxartmağa çalışırlar. Halbuki onların heç birinin Mübariz bəy qədər bu xalqa xeyiri dəyməyib. Aləm təkrarən bilir, Mənsimov nə qazanıbsa, Rusiyada və Türkiyədə qazanıb, bunlar kimi Azərbaycanda milyardlar, milyonlar mənimsəməyib, millətinin haqqını yeməyib, hüququnu tapdalamayıb.
Digər tərəfdən, ay özlərini halal müsəlman adlandıranlar, hətta Həcc yolunu su yoluna döndərənlər, axı Mübariz Mənsimovun atası Qurban kişi yenicə dünyasını dəyişib. Onun adının çəkilməsinə, yas mərasiminin hallandırılmasına nə ehtiyac var?
Soruşan yoxdur, axı Mübariz Mənsimovun nə marağı var ki, güya doğulduğu, sevdiyi Vətənini hədəfə çevirsin. Ay şərəfsizlər, etibarsızlar, yaltaqlar ordusu, Avropada, Amerikada mülk-sərvət, banklarda külli miqdarda pul sahibi olanlar, alçaq, bəd niyyətlərindən əl çəkin, saytları, qəzetləri, telekanalları yenə qızışdırmayın, pak adama iftira yapmayın. Onsuz da Mübariz Mənsimova heç nə yapışmır. Onun yenə Azərbaycana sevgisi, ölkə başçısı İlham Əliyevə sədaqəti davam edir. Bunu yüz nəfər tələbəyə ayırdığı fərdi təqaüd də təsdiqləyir. Suyu bulandırmağa səy göstərməyin, ay şərə-şeytana qulluq edənlər, Mənsimovu səhnədən silməklə heç nə əldə etməyəcəksiniz. Qaldı sizin gələcək aqibətiniz isə ay satqınlar, gün kimi bəllidir: istintaqlar, həbsxanalar, xalqın sonsuz nifrəti, xəstəliklər və s. Axı nə qədər gecə-gündüz haram yemək olar?
Allahınız olsun!
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)