Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

“Təbiətin sovqatı” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb

“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə elan olunmuş  “Təbiətimizin sovqatı” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  28  avqust 2023-cü il saat 14:00-da Xətai Sənət Mərkəzində açıldı.

Tədbiri giriş  sözü ilə Xətai Sənət Mərkəzinin direktoru  Zahid Əvəzov açaraq, tədbir iştirakşılarını, Valideyinləri və qonaqları  salamladı.

Söz alan Xətai İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdiri Pənah Hüseynov, Xətai Uşaq Yaradıcılıq studiyasının müəllimi Rəssam Gündüz  Həbibov, Rəssam Rəvan Sadidov  və “Zeytun bağları” brendinin nümayəndələri  Turan  Abbasov  və  Aynur Şıxəliyeva  öz ürək sözlərini bölüşdülər.

Əsəri sərgilənən müəlliflərə  sertfikatlarla bərabər  “Zeytun bağları” brendinin  məhsulundan hədiyyələr  təqdim olundu.
Həmçinin ,sərgidən seçilmiş 30 ən yaxşı əsərlərin müəllifləri i   xüsusi hədiyyə ilə mükafatlandırıldılar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını  bəzəmək üçün saxlanıldı.

Nəzərinizə çatdıraq ki, mövzusu  NECƏ BİR TƏBİƏTİ QORUMA NİŞANI ASARDIM ! olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən və Türkiyyədən yaşı 10-17 arası olan 700-ə yaxın yeniyetmə və gənc  800-dən artıq əsər göndərmişdir və bu əsərlər arasından  seçilən 152  əsər sərgiləndi.

Tədbirin  gənc nəslin  təbiətə olan münasibətinin müsbət istiqamətdə  inkişaf etməsinə xidmət etdiyinə  inanıriq.

Fotomüxbir Mahir Əhmədov