Futzal millimiz Xorvatiyaya evdə də uduzub
Futzal üzrə UEFA Avro-2026-nın seçmə qrup mərhələsinin 5- çi qrupunda yer alan Azərbaycan millisi sayca 6-ci olan son tur çərçivəsində qrupa vahid liderlik edən Xorvatiya millisi ilə qarşılaşıb. Vitali Borisovun rəhbərliyi altında meydana çıxan millimiz Xorvatiyada keçirilən ilk oyunda olduğu kimi, doqma divalar arasında da (Bakı İdman Sarayı) məğlubiyyətə üzləşib. Səfərdə darmadağın hesabla (2:9) uduzan millimiz evdə də böyük hesabla məğlub olub - 1:4. Yiqmamiz heyətində Oktay Rüstəmli (22-ci dəq) fərqlənib.
Millimizin qrupda digər rəqiblərə qarşı keçirdiyi oyunlara gəlincə nəticə belə olub:
Azərbaycan - Yunanıstan (2:2 və 2:3);
Azərbaycan - İsveç (3:3 və 2:3).
5 - ci qrupda yekun vəziyyət belədir:
Xorvatiya - 18 xal, Yunanıstan, İsveç - hərəyə 7 xal, Azərbaycan - 2 xal.
İNTİQAM Məmmədov