Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Tez qocalmaq istəmirsinizsə, bunlardan imtina edin

Orqanizmin sağlamlığını və gəncliyini uzatmaq üçün rasiondan çoxlu doymuş yağlar və şəkər əlavə olunmuş məhsulları çıxarmaq lazımdır.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Milli Tibbi Tədqiqat Mərkəzinin (NMIC) diyetoloqu Natalia Silina bildirib.

“Həddindən artıq doymuş yağlar və şəkər əlavə edilmiş qidaların məhdudlaşdırılması tövsiyə olunur. Bunlara şokolad və meyvəli süd, şirin kəsmik və qatıq, sənaye dondurması, yağlı ətlər, kolbasa və sosiska kimi yarımfabrikatlar, mayonez və şəkər əlavə edilmiş ketçup daxildir", - diyetoloq əlavə edib.

O qeyd edib ki, məhdudiyyətlərə süfrə duzunun istifadəsi də aiddir, gündəlik duz norması 5 qrama qədərdir, təmiz formada şəkəri minimuna endirməyə çalışmaq və ya gündə dörd çay qaşığından çox istifadə etməmək lazımdır.