"Titanik"dən tapılan dəyərli əşya
"Titanik"in uğursuz səyahətində boğulan sərnişinlərdən birinin əşyaları arasından qadın cib saatı tapılıb. Bu dəyərli əşyanın hərracda 50 min funt-sterlinqə (66 min dollar) satıla biləcəyi haqqında məlumatlar yayılıb.
Danimarkalı sərnişin, 27 yaşlı Hans Christensen Givard 1912-ci ildə gəminin aysberqə çırpılması nəticəsində həlak olan 1500 nəfərdən biri idi.
Saat Givardın cəsədi Şimali Atlantikadan çıxarılarkən tapılıb və o, daha sonra Kanadanın Halifax şəhərində dəfn edilib.
Bu hadisədən ilhamlanan ABŞ-dan olan kurator Jesper Hjermind və onun qardaşı qızı, jurnalist Mette Hjermind "Titanik - De Danske Fortællinger" (Titanik - Danimarka hekayələri) adlı kitabı yazıblar.
Qeyd edək ki, Titanik gəmisi ilk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.
Fidan SALMANOVA
Azpress.Az