Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləşçilərin ölkə birinciliyi başa çatıb 

Dünən Astaradaki Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) yeniyetmələr arasında idman güləşi üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Çempionatın ilk iki günü sərbəst güləşçilər döşək üzərinə çıxaraq 10 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb və çempionları müəyyənləşdiriblər.

Yarışların birinci günü Ömər Usubov (45 kq), Ramal Mirhuseynov (51 kq), Həsən Həsənov (60 kq), İsa Yusubov (71 kq) və Səid Paşayev (92 kq), ikinci gün isə Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq), Tunar Nəsibov (65 kq), Əli Hacıyev (80 kq) və Hakim Tağıyev (110 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb. 

Yarış davam edir.

İNTİQAM Məmmədov