Şuşada İslam Dünyasının I Mədəniyyət Forumu işə başlayıb
Şuşada “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və dirçəlişi” mövzusunda İslam Dünyasının I Mədəniyyət Forumu keçirilir.
Tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərli, Səadət Yusifova və digər rəsmi şəxslər, eləcə də KİV nümayəndələri iştirak edirlər.
Forumda münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və bərpasına dair panel müzakirələri keçiriləcək.