Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
“Mançester Yunayted” evdə “Lion”u, “Tottenhem” səfərdə “Ayntraxt”la, Şotlandiya “Reyncers”i isə İspaniyada “Atletik Bilbao” ilə səfərdə qarşılaşacaq. Bu cütlərdə ilk görüşlər heç-heçə başa çatıb ki, bu da cavab görüşlərində gərgin mübarizə vəd edir.
“Stadio Olimpiko”da Romanın “Latsio” komandası Norveçin “Bodo-Qlimt” komandası ilə ilk oyunda buraxdığı iki cavabsız qolun əvəzini çıxmağa çalışacaq.
UEFA Avropa Liqası
1/4 final, cavab görüşləri
17 aprel
23:00. "Atletik" (İspaniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 0:0.
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Lion" (Fransa)
İlk oyun - 2:2.
23:00. "Ayntraxt Frankfurt" (Almaniya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 1:1.
23:00. Latsio (İtaliya) - Bodo-Glimt (Norveç)
İlk oyun - 0:2.
Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start verilir.