Qadın voleybolçular pley-offda cavab matçına çıxacaqlar
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasının pley-off mərhələsində (1/2 final) cavab oyunları keçiriləcək. Hər iki cavab oyunu Bakı Voleybol Mərkəzində bas tutacaq.
Saat 15:00. "Azərreyl"-"Milli Aviasiya Akademiyası" (ilk oyun 3:2);
Saat 17:00. "Gəncə"-"Abşeron" (ilk oyun 1:3).
Aprelin 18-də isə eyni məkanda kişi voleybolçular arasında cavab görüşləri keçiriləcək.
Saat 15:00. "Xilasedici"-"Azərreyl" (ilk oyun 0:3);
Saat 17:00. "Neftçi"-"Murov Az Terminal" (ilk oyun 0:3).
İNTİQAM Məmmədov