Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan millisi Avro-2026-nın seçmələrində 40-cı olub

Futzal üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avro-2026-nın seçmə qrup oyunları başa çatıb. Baş məşqçisi Vitali Borisov olan Azərbaycan millisinin tutduğu mövqe yer aldığı 5-ci qrupda olduğu kimi,  ümumi sıralanmada da ürəkaçan olmayıb

Qrupda keçirdiyi 6 oyundan sonra cəmi 2 xal toplayan və bu nəticə ilə qrup sonuncusu olan millimiz ümumi sıralanmada isə 40 iştirakçı arasında 33-cü olub. 

Xatırladaq ki, millimiz qrupda Xorvatiya (2:9 və 1:4), İsveç (3:3 və 3:4)  və Yunanıstan (2:2 və 2:3) yığması ilə qarşılaşıb.

İNTİQAM Məmmədov