"Klassiklər" mübarizəyə qatılıblar
İki gün öncə Astara Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) yeniyetmələr arasında startı verilən idman güləşi üzrə seçmə xarakterli Azərbaycan birinciliyi davam edir. İlk iki gündə sərbəst güləşçilərin çıxış etdiyi yarışın bu günə təsadüf edən üçüncü günü isə yunan-Romaçılar döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə qatılıblar. Bu gün çəkisi 45, 51, 60, 71 və 92 kq olan pəhləvanlar mübarizə aparırlar. Artıq yarışda finalçılar müəyyənləşib.
Finalçılar bunlardır:
45 kq: Abdurrahman Hüseynli - Ümid Babayev;
51 kq: Hikmət Haqverdiyev - Elşad Abbasov;
60 kq: Əli Nəzərov - Nihat Taqiyev;
71 kq: İslam Sultanov - Yusif Əhmədli;
92 kq: İbrahim Məmmədov - Səid Paşayev.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)