Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanlı boksçu qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün cəzalandırılıb

Azərbaycanlı boksçu Fərid Sadıqov dopinq qəbul etdiyinə görə 48 ay müddətinə diskvalifikasiya olunub.

Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin məlumatında deyilir.

İdmançının nümunəsində qadağan olunmuş maddə, onun metabolitləri və markerləri aşkar edilib.

Bu səbəbdən F.Sadıqov 2028-ci il yanvarın 1-dək diskvalifikasiya olunur.