Günün çempionları bəlli olub
Aprelin 15-də Astaradakı OİK-də 17 yaşlı yeniyetmələr arasında startı verilən idman güləşi üzrə Azərbaycan birinciliyi davam edir. Ölkə yığmasına seçmə xarakteri daşıyan bu birinciliyin üçüncü günü yunan-Romacilar mübarizəyə qatılıblar. İlk olaraq çəkisi 45, 51, 60, 71 və 92 kq olan idmançılar güclərini sınayıblar.
Qeyd edək ki, bütün görüşlərini qələbə ilə başa vuran Abdurrahman Hüseynli (45 kq), Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq), Yusif Əhmədli (71 kq) və Səid Paşayev (92 kq) Azərbaycan çempionu adını qazanıb.
Sabah isə klassiklər daha beş çəkidə qalibi müəyyənləşdirəcəklər.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan idmançılar ölkə yığmasına cəlb ediləcək.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)